ABŞ Süleyman Soyluya və Əbdülhəmid Gülə qarşı sanksiyalarını dayandırdı

Amerika Birləşmiş Ştatlarının Xəzinə Nazirliyi Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalarını dayandırdı.

1080555
ABŞ Süleyman Soyluya və Əbdülhəmid Gülə qarşı sanksiyalarını dayandırdı

Amerika Birləşmiş Ştatlarının Xəzinə Nazirliyi Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalarını dayandırdı.
 
 Türkiyə də qarşılıqlı olaraq, ABŞ Ədliyyə naziri ilə Daxili Təhlükəsizlik nazirinə tətbiq etdiyi sanksiyaları aradan qaldırdı.
 
 Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy sanksiyaların dayandırılması ilə bağlı sualı cavablandırdı.
 
 ABŞ Xəzinə Nazirliyinin avqustun 1-də Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gül haqqında verdiyi sanksiya qərarına diplomatik danışıqların əsasını təşkil edən "qarşılıq  prinsipi"nə görə cavab verildiyini xatırladan Aksoy  ABŞ Ədliyyə naziri Cef Sessions ilə ABŞ Daxili Təhlükəsizlik naziri Kirsjten M. Nielsen ilə bağlı sanksiya tətbiqi qərara alındığını söylədi.
 
 Aksoy açıklamasında bu ifadələrə yer verdi: "ABŞ Xəzinə Nazirliyinin Daxili İşlər naziri cənab Süleyman Soylu və Ədliyyə naziri cənab Əbdülhəmid Gülə qarşı sanksiya qərarını ləğv etməsinə paralel olaraq, ABŞ Ədliyyə naziri Cef Sessions ilə ABŞ Daxili Təhlükəsizlik naziri Kirsjten M. Nielsenə tətbiq olunan Türkiyəyə giriş qadağası ölkəmizdəki əmlaklarının bloklaşdırılması və ölkəmizdəki fiziki və hüquqi şəxslərin adı sadalanlarla hər növ maliyyə əməliyyatı keçirməsi və ticari əlaqədə olması ilə bağlı qadağa aradan qaldırılıb".



Әlaqәli Xәbәrlәr