"Münbiçdən sonra əməliyyat nöqtəsi Fərat çayının şərqidir", H.Akar

Fəratın şərqindəki terror hədəflərinə toxunan H.Akar deyib...

1078377
"Münbiçdən sonra əməliyyat nöqtəsi Fərat çayının şərqidir", H.Akar

   Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyada Münbiçdən sonra əməliyyat nöqtəsinin Fərat çayının şərqi olacağını deyib.

   Fəratın şərqindəki terror hədəflərinə toxunan H.Akar deyib:

  “Münbicdə Amerika Birləşmiş Ştatları ilə birgə patrul-təlim prosesi tamamlandı. Bu gün-sabah müştərək patrul xidmətinə başlayacağıq.”

  Xatırladaq ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın bugünki qrup toplantısında Fərat çayının şərqinə əməliyyat siqnalı verərək “Fəratın şərqində hazırlıqları başa çatdırdıq. Yaxında əməliyyatlarla terror təşkilatının təpəsinə minəcəyik. Bir gecə qəflətən gələ bilərik" demişdi.



Әlaqәli Xәbәrlәr