Türkiyədə 18 terrorçu zərərsizləşdirildi

Türkiyədə terrorla mübarizə çərçivəsində son bir həftədə keçirilən əməliyyatlarda biri terror təşkilatının yüksək səviyyəli üzvü olmaqla, 18 terrorçu zərərsizləşdirilib.

1073034
Türkiyədə 18 terrorçu zərərsizləşdirildi

 Türkiyə Daxili İşlər Nazirliyi məumat yaydı.
 
Məlumatda 15 -22 oktyabr tarixlərində 2 min 829 əməliyyat keçirildiyi, 18 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
 
 Zərərsizləşdirilən terrorçular arasında boz kateqoriyada axtarılan Yusif Tunc da var.
 
 Əməliyyatlarda separatçı terror təşkilatı PKK ilə əlaqəli 199, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqəli 667, terror təşkilatı DEAŞ ilə əlaqəli 71 və sol təşkilatlarla əlaqəli olduğu müəyyənləşdirilən 19 nəfər saxlanılıb.
 
 Terror təşkilatı təbliğatını aparan və nifrət  məzmunu daşıyan 250 sosial media hesabı ilə bağlı 227 şəxs haqqında məhkəmə işi qaldırılıb.



Әlaqәli Xәbәrlәr