Mayk Pompeo Türkiyəyə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) 17 oktyabr, çərşənbə günü Türkiyəyə gələcək.

1069513
Mayk Pompeo Türkiyəyə səfər edəcək

 ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibliyi Pompeonun Səudiyyə Ərəbistanında 2 oktyabrdan bu yana aqibəti məlum olmayan jurnalist Camal Qaşıqçı hadisəsinə dair aparacağı danışıqlardan sonra 17 oktyabrda Türkiyəyə gələcəyini açıqladı.

 Mike Pompeonun Türkiyədəki görüşləri çərçivəsində Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bir araya gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr