Hulusi Akar:" Yaxın zamanda birgə nəzarət fəaliyyəti başlayacaq"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın İdlib bölgəsindəki prosesin planlaşdırıldığı kimi davam etdiyini, Münbiçdə isə amerikan əsgərləri ilə birgə nəzarət fəaliyyətlərinin yaxın zamanda başlayacağını bildirdi.

1069524
Hulusi Akar:" Yaxın zamanda birgə nəzarət fəaliyyəti başlayacaq"

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar prezident  Rəcəb Tayyib Ərdoğan ilə  Rumıniyanın Baş naziri Viorika Dencilenın (Viorica Dancila) Prezident Kompleksindəki birgə mətbuat konfransı ərəfəsində jurnalistlərin suallarını cavablandırdı.

 Türkiyə və ABŞ Silahlı Qüvvələri tərəfindən Münbiçdə həyata keçiriləcək müştərək nəzarət fəaliyyətləri ilə bağlı başlayan birgə təlimin nə vaxt yekunlaşacağına dair suala müdafiə naziri: " Təlimlər qısa müddətdə başa çatacaq. Yaxın zamanda birgə nəzarət fəaliyyəti başlayacaq " cavabını verdi.

 



Әlaqәli Xәbәrlәr