"Fərat çayının şərqindəki terror yuvalarını da darmadağın edəcəyik", R.T.Ərdoğan

Türkiyənin Sparta şəhərində 2018-ci ilin VIII Dövr Rütbəvermə Mərasimində etdiyi çıxışında R.T.Ərdoğan bunları söylədi:

1067714
"Fərat çayının şərqindəki terror yuvalarını da darmadağın edəcəyik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqindəki terror yuvalarının darmadağın ediləcəyini dedi.

  Türkiyənin Sparta şəhərində 2018-ci ilin VIII Dövr Rütbəvermə Mərasimində etdiyi çıxışında R.T.Ərdoğan bunları söylədi:

  “Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində terror təşkilatı üzvlərinə tarixlərində görmədikləri qəzbələri vurdu. İnşallah, çox yaxında bu gün rütbə qazanan desantların da köməyilə Fəratın şərqindəki terror yuvalarını darmadağın edəcəyik.  

  15 iyul 2016-cı il Fətullahçı Terror Təşkilatının çevriliş cəhdində bəziləri ayağa qalxdı, amma Türkiyə Silahlı Qüvvələrinin real gücünü görüncə də çaşqınlıqlarını gizlədə bilmədilər.

  Türkiyə son vaxtlar bir sıra spekulyativ hücumlara məruz qaldı. Amma bu hücumlar Türkiyənin dünyanın satınalma məzənnəsinə görə ən böyük 13-cü, milli gəlirə görə isə 17-ci ölkəsi olduğu həqiqətini dəyişə bilmədi.

  Qarşımıza çıxarılan maneələr nə olursa olsun, ya bir yol tapacaq və onu mütləq keçəcəyik.

  Türkiyəyə vəd verənlər sözlərini həqiqətən çox gülünc səbəblərlə tutmurlar. Biz yenə çox gülünc səbəblərlə bizə sanksiya tətbiq etməyə çalışanlara da əsl uduzanın özləri olduğunu göstərəcəyik.

  Bağlanılan hər qapıya qarşılıq on qapını açaraq bizə yaradılan çətinlikləri on asanlığı dövrəyə salmaqla keçir, iqtisadiyyatımızı böyütməyə davam edirik.  

  İndi də başlayıblar Münbiçdə telekanal açırlar. Bu nə deməkdir? Biz məzarı hazırladıq, gəlin, dəfn mərasimini edin. Ora da girəcəyik. Necə ki, atdığımız qətiyyətli addımlar sayəsində Cerablusdan əl-Ata, Afrinden İraqın şimalına, Cudidən Qabara, Tendürekə qədər çox çətin yerlərdə təhlükəsizlik qüvvələrimiz terror təşkilatlarına qan qusdurur.

   Türkiyənin gələcəyində terror təşkilatlarına və onlara təşkilatlara qapı qulluğu edən heç kəsə yer yoxdur".



Әlaqәli Xәbәrlәr