THY-nin İstanbul Yeni Hava Limanından ilk uçuş saatları

İstanbul Yeni Hava Limanından xarici xǝtlǝr terminalında Azərbaycan-Bakı və Kıbrıs-Ercan, daxili xətlər terminalında isə Ankara, Antalya və İzmirə hər gün uçuş planlaşdırılır.

1066835
THY-nin İstanbul Yeni Hava Limanından ilk uçuş saatları

Türk Hava Yollarının (THY) oktyabrın 29-da açılacaq İstanbul Yeni Hava Limanından reallaşdıracağı ilk uçuşların saatı elan edildi.

THY-nin Mətbuat Xidmətindən yayılan məlumata görə, tarixə İstanbul Yeni Hava Limanından qalxan ilk sərnişin təyyarəsi kimi düşəcək təyyarə 31 oktyabr tarixli “TK21224” kodlu İstanbul Yeni Hava Limanı (ISL)-Ankara Esenboğa Hava Limanı (ESB) reysini həyata keçirəcək.

Türkiyə vaxtı ilə saat 11.10-da reallaşacaq uçuşun təqribən 45 dəqiqə davam edəcəyi gözlənilir.

31 oktyabrdakı  ilk uçuşdan sonra 30 dekabradək İstanbul Yeni Hava Limanından xarici xǝtlǝr terminalında Azərbaycan-Bakı və Kıbrıs-Ercan, daxili xətlər terminalında isə Ankara, Antalya və İzmirə hər gün uçuş planlaşdırılır.

İstanbul Yeni Hava Limanından reallaşacaq uçuşlar sərnişinlərə yeni hava limanı içində tranzit uçuşa da imkan verəcək.

“Boeing 737-800” tipli təyyarələr ilə reallaşması planlaşdırılan reyslər həftəlik 7 tezlik olaraq icra ediləcək.

31 dekabrda baş tutacaq böyük köçmə işlərindən sonra bütün uçuş işləri Atatürk Hava Limanından yeni hava limanına nəql ediləcək və uçuş planları həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr