Mövlud Çavuşoğlu  İraqa səfər edәcәk

Xarici İşlər Nazirliyindən verilәn  yazılı açıqlamada nazir Çavuşoğlunun 11-12 oktyabr tarixlәrindә paytaxt Bağdad və Ərbildə görüşlər keçirəcəyi bildirilib.

1065766
Mövlud Çavuşoğlu  İraqa səfər edәcәk

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  İraqa səfər edәcәk.

Xarici İşlər Nazirliyindən verilәn  yazılı açıqlamada nazir Çavuşoğlunun 11-12 oktyabr tarixlәrindә paytaxt Bağdad və Ərbildə görüşlər keçirəcəyi bildirilib.

Açıqlamada hәmçinin Mövlud  Çavuşoğlunun Bağdadda prezident Berhem Salih tərəfindən qəbul ediləcəyi, iraqlı siyasәtçilәr  və Türkmən cəmiyyətinin nümayəndələri ilə bir araya gələcəyi bildirilib.

Nazir Mövlud Çavuşoğlunun səfər çərçivəsində Ərbildə də yüksək səviyyəli görüşlər keçirəcəyi vurğulanıb.

"Görüşlәrdә  Türkiyə ilə İraq arasındakı münasibətlərin bütün aspektləri, İraqın yenidən abadlaşdırılması  vә  ikitərəfli əməkdaşlıq imkanlarının müzakirә olunması nәzәrdә tutulur ",-deyә bәyanatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr