“Forumun maraqla qarşılanması Türkiyənin söylədiyi sözlərin gücündən mənbələnir”, İ.Eren

Türkiyə Radio Televiziya Qurumunun (TRT) rəhbəri İbrahim Eren keçən həftə keçirilən “TRT World Forum”un dünya markasına çevrildiyini, foruma qısa zamanda bu səviyyədə rəğbət göstərilməsinin Türkiyənin söylədiyi sözlərin gücündən mənbələndiyini söyləyib.

1066039
“Forumun maraqla qarşılanması Türkiyənin söylədiyi sözlərin gücündən mənbələnir”, İ.Eren

Türkiyə Radio Televiziya Qurumunun (TRT) Baş direktoru İbrahim Eren keçən həftə keçirilən “TRT World Forum”un dünya markasına çevrildiyini, foruma qısa zamanda bu səviyyədə rəğbət göstərilməsinin Türkiyənin söylədiyi sözlərin gücündən mənbələndiyini söyləyib.

İbrahim Eren “Parçalanmış Bir dünyada Sülh və Təhlükəsizliyi Yenidən Düşünmək” devizilə İstanbulda 3-4 oktyabrda keçirilən “TRT World Forum”u dəyərləndirərək deyib ki, Foruma qatılan 600-dən artıq yüksək səviyyəli beyin mərkəzinin nümayəndəsi, siyasət xadimi və akademiklər tədbirdən duyduqları məmnuniyyəti dilə gətirdilər. İki gün müddətində keçirilən iclaslar xeyli səmərəli oldu. Türkiyə iclaslarda dünyadakı ədalətsizliyə qarşı tədbir ola biləcək siyasi modelləri təqdim etdi. Forumda hakim, suveren siyasi anlayışa qarşı alternativ həll yolları təklifləri təqdim edildi. İkinci ilində “TRT World Forum” bir dünya markasına çevrildi. Foruma qısa müddət ərzində bu səviyyədə maraq göstərilməsi Türkiyənin söylədiyi sözlərin gücündən mənbələnir. Keyfiyyətli insanların foruma qatılmasının əsas səbəbi də Türkiyənin tarixi baxımdan dərinliyi və qazandığı təcrübənin bugünkü parçalanmış dünyaya önəmli reseptlər təqdim edəcəyinə dair ümiddir. Bu il foruma ciddi mənada maraq göstərən oldu. Gələn il də iştirakçı sayının artacağına ümidimiz var.

Eren forum çərçivəsində humanitar yardımda ciddi dəstəyi olanlara “TRT World Citizen” mükafatlarının da təqdim edildiyini xatırladaraq qeyd edib ki, tədbirdə əməyi olan “TRT World” heyətinə, TRT işçilərinə, “TRT World Vizyon” və Araşdırma direktoru Pınar Kandəmir və heyətinə təşəkkür edib. 

Direktor Pınar Kandəmir isə bildirib ki, keçən il qurduğumuz və TRT-nin vicdanı kimi təsvir etdiyimiz “TRT World Citizen” bundan sonra da jurnalistləri hazırladıqları hekayələrlə bir araya gətirəcək və insanı mərkəzdə saxlayan jurnalistikaya ilham mənbəyi olan hekayələrlə maraqlanmalarına imkan yaradacaq layihələrini davam etdirəcək. Xəbərləri necə bir mühitdə çatdırdığımız bizi digər beynəlxalq jurnalistlərdən fərqləndirən ən önəmli xüsusiyyətimizdir və “TRT World Citizen” bu təcrübəmizi bütün dünya ilə bölüşmək üçün quruldu.



Әlaqәli Xәbәrlәr