TRT-dən Kuba radio-televiziyasına dəstək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Radio Televiziya şirkəti (TRT) Kuba Radio Televiziya şirkətinə HD yayımları sahəsində təlim dəstəyi verib.

1064514
TRT-dən Kuba radio-televiziyasına dəstək

Kubadan gələn heyət, TRT-nin Baş direktorluq binasında müxtəlif sahələrdə təlim keçiblər.

Təlim kurslarına qatılmaq üzrə Kubadan gələn nümayəndə heyətinə rəhbərlik edən Dövlət telekanalının vitse-prezidenti Guillermo Manuel Pavon Pacheco, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və TRT şirkətinə dəstəkləri səbəbiylə minnətdarlığını bildirib. Edilən əməkdaşlığın əhəmiyyətini vurğulayan Pacheco, bunun gələcək dövrlərdə də davam etməsini arzuladıqlarını, bu mövzuları Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi rəhbəri həmçinin TRT baş direktorunun müavini ilə müzakirə etdiklərini qeyd edib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədr müavini Çətin, daha əvvəl də Kubada günəş enerjisinin inkişaf etdirilməsi və kənd təsərrüfatı sahələrində dəstək verdiklərini bildirib.

 



Әlaqәli Xәbәrlәr