Ərdoğan Macarıstana rəsmi səfər etdi

İki gün davam edəcək səfərdə Türkiyə prezidenti macar həmkarı Yanoş Aderlə yanaşı, Macarıstan parlamentinin sədri Laszlo Köver və baş nazir Viktor Orbanla görüşəcək.

1064404
Ərdoğan Macarıstana rəsmi səfər etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana rəsmi səfərə gedib.

  R.T.Ərdoğan Macarıstana həyat yoldaşı Əminə Ərdoğan, Prezident Aparatı sözçüsü İbrahim Kalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ticarət naziri Ruhsar Pekcan, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Prezident Aparatı İnformasiya rəhbəri Fəxrəddin Altub, Ədalət və İnkişaf Partiyasının (AK partiya) sədr müavini Cevdet Yılmazla getdi.

  İki gün davam edəcək səfərdə Türkiyə prezidenti macar həmkarı Yanoş Aderlə yanaşı, Macarıstan parlamentinin sədri Laszlo Köver və baş nazir Viktor Orbanla görüşəcək.

  Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün atılması lazım olan addımlar müzakirə ediləcək. Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri, qeyri-müntəzəm miqrasiya və terrorizmlə mübarizə də masadakı digər başlıqlar olacaq.

  Səfər çərçivəsində Ərdoğan baş nazir Orbanla birlikdə paytaxt Budapeştdə Gül Baba türbəsinin rəsmi açılışını həyata keçirəcək.

  O, həmçinin Türkiyə-Macarıstan Biznes Forumunda da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr