Avrasiya ölkələrinin məclis sədrləri Antalyada

Daha əvvəl Rusiya və Cənubi Koreyanın təşkil etdiyi Avrasiya Məclis Sədrlərinin yığıncağının sayca üçüncüsü TBMM-nin himayəsində Antalyada keçirilir.

1064475
Avrasiya ölkələrinin məclis sədrləri Antalyada

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın ev sahibliyində Avrasiya Məclis Sədrlərinin sayca 3-cü olan yığıncağında 38 ölkənin nümayəndələri iqtisadi əməkdaşlıq, ekologiya, davamlı inkişaf mövzularını müzakirə edirlər.

Dünyanın məşhur turizm mərkəzlərindən sayılan Antalyada yüksək səviyyədə diplomatlar bir araya gəldi.

Daha əvvəl Rusiya və Cənubi Koreyanın təşkil etdiyi Avrasiya Məclis Sədrlərinin yığıncağının sayca üçüncüsü TBMM-nin himayəsində Antalyada keçirilir.

Toplantıda 38 ölkə məclis sədri, sədr müavini yaxud da millət vəkili səviyyəsində təmsil olunacaq.

Təqribən 700 nəfərin iştirak edəcəyi toplantı bugün start götürür.

Toplantı çərçivəsində dünən Antalyaya gələn TBMM sədri Binəli Yıldırım iki rəsmi görüş keçirdi.

Əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüş keçirən Yıldırım daha sonra Qazaxıstanın Məclis sədri Nurlan Nigmatulin ilə bir araya gəldi.

Yıldırım ikitərəfli görüşlərini bugün də davam etdirəcək.  

Ana təması “Avrasiyada iqtisadi əməkdaşlıq, ekologiya, davamlı inkişaf” olaraq müəyyənləşdirilən yığıncaq qlobal və regional səviyyədə davamlı olan inkişafa dair aktual çətinlikləri müzakirə etməyi və bu çətinlikləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirməyi məqsəd götürüb.

Müxtəlif tədbirlərdən sonra iştirakçılar sosial və mədəniyyətlə bağlı tədbirlərdə bir araya gələcəklər.

İştirakçılar ayrıca turizmin paytaxtı Antalyanın təbiət və mədəniyyət zənginliklərini görmək məqsədilə gəzəcəklər. Həmin çərçivədə Perge Antik şəhəri, Antalya Arxeologiya Muzeyi ziyarət ediləcək, yaxta ilə sahillər gəziləcək.



Әlaqәli Xәbәrlәr