İzmirdə Yunanıstana keçməyə çalışan qaçqınlar yaxalandı

Hər iki əməliyyatda yaxalanan nizamsız 93 qaçqın sonra Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.

1062026
İzmirdə Yunanıstana keçməyə çalışan qaçqınlar yaxalandı

  Türkiyənin İzmir şəhərinin Çeşmə və Aydının isə Kuşadası qəsəbələrində qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 93 qeyri-qanuni qaçqın yaxalanıb.

  Sahil Təhlükəsizlik Xidməti Çeşmə qəsəbəsi Alaçatı sahillərində böyük bir qrupun yerləşdiyi rezin qayığı dayandırıb. Əksəriyyəti qadın və uşaq olan nizamsız 40 qaçqın limana aparılıb.

  Sahil Təhlükəsizlik Xidməti təyyarəsi tərəfindən Kuşadası qəsəbəsinin Doğanbey tərəfində də rezin qayıqda bir qrup nizamsız köçkün müəyyən edilib, 53 Əfqanıstan vətəndaşı yaxalanıb.

  Hər iki əməliyyatda yaxalanan nizamsız 93 qaçqın sonra Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr