İbrahim Kalın Nazirlәr Kabinetinin iclasından sonra açıqlama verdi

İbrahim Kalın iclasda 100 günlük fәaliyyәt proqramının  ilk 50 gününün ətraflı şəkildə müzakirə olunduğunu qeyd edib.

1061882
İbrahim Kalın Nazirlәr Kabinetinin iclasından sonra açıqlama verdi

Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Prezident İqamәtgahında Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Nazirlәr Kabinetinin iclasından sonra bәyanat verib vә jurnalistlәrin suallarını cavablandırıb.

İbrahim Kalın iclasda 100 günlük fәaliyyәt proqramının  ilk 50 gününün ətraflı şəkildə müzakirə olunduğunu qeyd edib.

İbrahim Kalın bildirib ki, iclasda Türkiyənin milli maraqlarına təhdid təşkil edәn  terror qruplaşmalarına qarşı görülən tədbirlərin geniş  şәkildә müzakirә olunub.

‘‘Xüsusilə son dövrdə PKK, DHKPC, PYD/YPG vә  DEAŞ kimi terror təşkilatlarına qarşı son dərəcə fəal mübarizə apardığımızı  bilirsiniz. Həm Türkiyə ərazisində, həm də sərhədәn kәnarda  Suriyada, İraqda və başqa yerlərdə. Eyni şəkildə FETÖ terror təşkilatına qarşı da mübarizəmiz intensiv şəkildə davam edir’’,-deyә  Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın bildirib.

Yaxın günlәrdә Fərat çayının şərqindә əməliyyatın keçirilib,  keçirilməyəcəyinə dair sualı cavablandıran İbrahim Kalın deyib:‘‘Məsələ yalnız PYD/YPG terror təşkilatlarının Fərat çayının  şərqindən çəkilməsi ilə bitmir. Bölgənin sonrakı taleyi bizi ciddi düşündürən məsələdir. Biz ABŞ rəhbərliyindən PYD/YPG terror təşkilatlarına verdiyi dəstəyi dayandırmasını gözləyirik. Yalnız DEAŞ-la mübarizəyə bir bəhanə qalmayıb. ABŞ-ın Suriyada qalmaq niyyətində olduğunu və məqsədlərini bilirik. Əgər doğrudan da məqsəd terrorla mübarizədirsə, həmçinin DEAŞ-ın  tam şəkildə kökünü kəsməkdirsə, o zaman bu fəaliyyəti genişləndirmək lazımdır."

İbrahim Kalın  həmçinin gündəlikdə olan məsələlərə, eləcə də regional proseslərlə bağlı digər məqamlara münasibət bildirib.



Әlaqәli Xәbәrlәr