Şırnak vilayətinin Silopi qəsəbəsində “terrora lənət” yürüşü keçirildi

Şırnak vilayətində keçən həftə terror təşkilatı PKK mənsubu terrorçuların hücumu nəticəsində iki təhlükəsizlik işçisinin şəhid olduğu Silopi qəsəbəsinin Çalışkan məntəqəsində “terrora lənət” yürüşü keçirildi.

1060637

Şəhid qorucu Süleyman Tosunun evinin qabağında toplaşan vətəndaşlar əllərində Türk bayraqları ilə “lənət olsun PKK”ya” şüarları səsləndiriblər.  

Burada vətəndaşlar adından açıqlama verən şəhid Tosunun qardaşı Mehmet Əmin Tosun terrorla mübarizənin illərdir davam etdiyini və hər zaman davam edəcəyini söyləyib.  

Daha sonra vətəndaşlar əllərində Türk bayraqları terrora lənət şüarları səsləndirərək yürüş keçiriblər.

Qeyd edək ki, Şırnak vilayətinin Çalışkan qəsəbəsində 26 sentyabrda PKK mənsubu terrorçuların yola yerləşdirdikləri partlayıcını partlatmaları nəticəsində iki təhlükəsizlik işçisi şəhid olmuş, 2 işçi isə yaralanmışdı.

Әlaqәli Xәbәrlәr