"Berlinə etdiyimiz rəsmi səfər bir çox sahədə dialoqu gücləndirmək imkanı yaratdı", R.T. Ərdoğan

Prezident Rəcə Tayyib Ərdoğan özünün “Twitter” hesabından Almaniyaya həyata keçirdiyi səfərlə bağlı fikirlərini bölüşüb.

1059578
"Berlinə etdiyimiz rəsmi səfər bir çox sahədə dialoqu gücləndirmək imkanı yaratdı", R.T. Ərdoğan

Prezident Rəcə Tayyib Ərdoğan özünün “Twitter” hesabından Almaniyaya həyata keçirdiyi səfərlə bağlı fikirlərini bölüşüb.

Ərdoğan qeyd edib ki, Almaniya ilə əlaqələrin yenidən canlandığı bir dönəmdən keçərkən, Berlinə etdiyimiz rəsmi səfəri bir çox sahədə dialoqu gücləndirmək fürsəti verdi. Səfərimizdə bir müddətdir ki, işləməyən əməkdaşlıq mexanizmlərini yenidən hərəkətə keçirmək məsələsində kansler Angela Merkellə fikir birliyinə vardıq. Almaniya ilə yaxın keçmişdə yaşadığımız ağrılı dövrü artıq arxada qoyuruq.
Türkiyə olaraq 15 iyul xain çevriliş cəhdindən sonra FETÖ və onun qolları ilə mübarizə üçün konstitusion bir mexanizm olan fövqəladə vəziyyət tətbiqinə 24 iyun seçkilərindən sonra son qoyuldu. Yeni hökumət sisteminə keçilərək ölkə yenidən islahat və tərəqqi yoluna üz tutdu. Avropa İttifqına (Aİ) üzvlük prosesi çərçivəsində islahatlar davam edəcək, sərbəst viza məsələsində qalan 6 meyar ən qısa müddətdə yerinə yetiriləcək. Türkiyənin Avropa İttifaqına üzvlük prosesi müəyyən dairələrin şıltaqlıqlarına və siyasi maneə törətmələrinə məruz qoyulmamalıdır. Almaniyanın bu məsələdə Türkiyəyə verəcəyi dəstəyə önəm veririk. 

Ərdoğan səfər zamanı müzakirə edilən digər bir məsələnin Suriya olduğunu vurğulayaraq bildirib ki, Suriyadakı müharibənin sona çatması barədə Almaniya ilə eyni dünyagörüşünə malik olduğumuzu gördük. Almaniyanın Suriya məsələsinin əsasən insanı ölçüsünə göstərdiyi həssaslıq Türkiyə üçün sevindirici haldır. Almaniya ilə iqtisadi və ticarət sahəsindəki əlaqələrin nə qədər güclü olduğu iki ölke arasındakı xarici ticarət rəqəmlərindən də aydın olur. Türkiyə bu əlaqələri daha da inkişaf etdirmək istəyir. Alman dostlarımızdan Türkiyəyə, Türk iqtisadiyyatına, ölkəmizin gələcəyinə etimad etməyə davam etmələrini istəyirik.



Әlaqәli Xәbәrlәr