Ərdoğan: "Türkiyəyə sərmayə qoyanlar hər zaman qazandılar"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə sərmayə qoyanın bu günə qədər hər zaman qazandığını və qazanmağa davam edəcəyini bildirdi.

1058898
Ərdoğan: "Türkiyəyə sərmayə qoyanlar hər zaman qazandılar"

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində keçirdiyi görüşlər çərçivəsində Almaniyanın ən böyük şirkətləri və banklarının yüksək vəzifəli rəhbərlərini qəbul etdi.
 
Ərdoğan görüşdə şirkət rəhbərlərinin Türkiyə iqtisadiyyatına dair suallarına cavab verdi.
 
 Türkiyəyə sərmayə qoyanların bu günə qədər hər zaman qazandığını vurğulayan Türkiyə prezidenti beynəlxalq sərmayəçilərin bundan sonra da qazanmağa davam edəcəklərini söylədi.
 
 Alman şirkətlərinin yüksək səviyyəli nümayəndələri Türkiyədə sərmayə planlarına dair məlumat verdilər, prezident Ərdoğandan bu sərmayələr üçün dəstək istədilər.
 
 Görüşdə Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu, Almaniya Sənaye və Ticarət Palataları Assosiasiyasının (DIHK) sədri, Dr. Erik Şveytser (Eric Schweitzer), Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) sədri Nail Olpak, Alman-Türk Ticarət və Sənaye Palatasının (AHKTürkiye) sədri Markus C. Slevogt da iştirak etdilər.
 



Әlaqәli Xәbәrlәr