Ərdoğanın "# WorldIsBiggerThan5" heşteqi Trend Topic oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Twitterdən paylaşdığı "# WorldIsBiggerThan5" heşteqi Trend Topic (TT) oldu.

1056720
Ərdoğanın "# WorldIsBiggerThan5" heşteqi Trend Topic oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki çıxışından sonra Twitterdən "# WorldIsBiggerThan5" heşteqini paylaşdı.

Ərdoğanın paylaşıdğı bu heşteq qısa bir müddətdə Twitterdə Trend Topic (TT) oldu.

Türkiyə prezidenti Twitterdən bunları paylaşdı: "Birləşmiş Millətlər Təşkilatını zülmün deyil, ədalətin mənbəyi etməliyik. Türkiyə daha ədalətli bir dünya üçün əlindən gələn səyi göstərir. Bütün tərəfləri Suriyada davamlı həll axtarışlarına dəstək olmağa və terror təşkilatlarına qarşı prinsipial  yanaşma sərgiləməyə dəvət edirik. Bütün dostlarımızı 15 iyul 2016-cı ildə dövlət çevrilişi cəhdində olan və 251 vatandaşımızı şəhid edən FETÖ-yə qarşı hərəkətə keçməyə dəvət edirəm. Türkiyə azad ticarətin tərəfdarıdır. Hər sahədə olduğu kimi, iqtisadiyyat və ticarətdə də məsuliyyətli davranış gözləyirik. "

 

 



Әlaqәli Xәbәrlәr