Binəli Yıldırımın Özbəkistan səfəri davam edir

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım  Daşkənddə keçirdiyi görüşlərdən sonra başçılıq etdiyi nümayəndə heyəti ilə birgə tarixi şəhər - Səmərqəndə getdi.

1057090
Binəli Yıldırımın Özbəkistan səfəri davam edir

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım  Daşkənddə keçirdiyi görüşlərdən sonra başçılıq etdiyi nümayəndə heyəti ilə birgə tarixi şəhər - Səmərqəndə getdi.

Səmətqənd hava limanında türkiyəli qonağı Özbəkistan Parlamentinin Qanunvericilik Palatasının sədri Nurdincan İsmayılov və Səmərqənd şəhərinin meri Erkincan Turdimov qarşıladılar.
 
 Tarixi şəhərdə əvvəl mərhum prezident İslam Kərimovun məzarını ziyarət edən Yıldırım buraya çicək qoydu, dualar oxudu.
 
 Həyat yoldaşı Səmihə Yıldırım ilə birlikdə Səmərqənd yaxınlığındakı İmam Buxari kompleksini də ziyarət edən Türkiyə Böyük Millət Məclisinin sədri buraya qurban olaraq gətirilmiş qoyunun kəsilməsini istəməyərək, bağışladı.
 
 İmam Buxarinin türbəsində dua edən və muzeyi gəzənYıldırım proqramı çərçivəsində İmam Maturudinin türbəsini də ziyarət etdi.
 
 Yıldırımın başçılıq etdiyi heyət sonra Əmir Teymurun məzarının yerləşdiyi "Guri Əmir" kompleksinə getdi.
 
Kompleksdə Əmir Teymurun dövlətinin xəritəsinin önündə Teymurilər dövləti haqqında məlumat alan Yıldırım Nurdincan İsmayılova Əmir Teymur və Yıldırım Beyazıt arasındakı müharibəyə istinadən: "Ulu babalarımız vuruşsalar da biz tərəfdaşıq" dedi.
 
 Registan meydanı ilə Uluğbek və Tilla Kari mədrəsələrində də olan Yıldırım burada qarşılaşdığı Türkiyə vətəndaşları ilə söhbət etdi.
 
 Yıldırım başçılıq etdiyi nümayəndə heyəti ilə birgə bu gün tarixi Buxara şəhərinə gedəcək.
 
 



Әlaqәli Xәbәrlәr