Ərdoğan Almaniyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank Uolter Steinmeierin dəvəti ilə  27-29 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

1056397
Ərdoğan Almaniyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank Uolter Steinmeierin dəvəti ilə  27-29 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.
 
 Türkiyə Prezident Aparatının Mətbuat Mərkəzindən verilən məlumata görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank Uolter Steinmeier və kansler Angela Merkel ilə də bir araya gələcək.
 
 Görüşlərdə Türkiyə ilə Almaniya arasında siyasi, iqtisadi, təhlükəsizlik, müdafiə, mədəniyyət və sosial sahələrdə əməkdaşlıq, Almaniyada yaşayan Türk icmasına aid məsələlər  müzakirə olunacaq.
 
Eyni zamanda, Suriya başda olmaqla, regional və qlobal proseslər, terrorizm və qanunsuz mühacirətlə mübarizə sahələrində əməkdaşlıq, Türkiyə-Aİ əlaqələri və iki ölkənin ortaq gündəmində yer alan digər məsələlər müzakirə olunacaq.
 
 Prezident Ərdoğanın səfəri münasibətilə qeyri-hökumət təşkilatları rəsmilərinə və Türkiyə-Almaniya Biznes Şurasında aparıcı alman firmalarının rəhbərlərinə də müraciət etməsi nəzərdə tutulur.
 
 Türkiyə prezidenti səfər çərçivəsində  Köln şəhərində olan Diyanət İşləri Türk İslam Birliyi (DİTİB) Məscidinin də açılışını həyata keçirəcək, Türk icması ilə görüşəcək.
 
 



Әlaqәli Xәbәrlәr