Rәcәb Tayyib Әrdoğan Malcolm X-in qızlarını qәbul edib
Amerika Birləşmiş Ştatlarının Nyu-York şәhәrindә sәfәrdә olan Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Malcolm X-in qızları Qabilah vә İlyasahı qәbul edib.
Amerika Birləşmiş Ştatlarının Nyu-York şәhәrindә sәfәrdә olan Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Malcolm X-in qızları Qabilah vә İlyasahı qәbul edib.
Görüşdә Dövlәt başçısının xanımı Әminә Әrdoğan, qızı Esra Әrdoğan vә hәyat yoldaşı Xәzinә vә Maliyyә naziri Berat Albayrak da iştirak ediblәr.
BMT Baş Mәclisinin 73-cü sessiyasında iştirak etmәk üçün ABŞ-ın Nyu-York şәhәrinә sәfәr edәn Rәcәb Tayyib Әrdoğan görüşdәn sonra ‘‘Dünya beşdәn böyükdür’’ adlı fotonu imzalayaraq Qabilah vә İlyasaha hәdiyyә edib.
1940-cı ildә hәbs edilәn Malcolm Little ‘‘İslam millәti’’ adlı cәmiyyәtlә tanış olub vә adını Malcolm X olaraq dәyişdirib.
Qeyd edәk ki, Malcolm X qara dәrililәrin hüquqlarına diqqәt çәkib vә Amerika ictimaiyyәtinә İslamı tanıtmağa çalışıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.