“ABŞ terror təşkilatı YPG/PKK-nı dəstəkləyir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu “New York Times” qəzetinə  Əsəd rejiminin hədəfində yer alan İdliblə əlaqəli məqalə yazıb.

1049220
“ABŞ terror təşkilatı YPG/PKK-nı dəstəkləyir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu “New York Times” qəzetinə  Əsəd rejiminin hədəfində yer alan İdliblə əlaqəli məqalə yazıb.

Çavuşoğlu məqaləsində Əsəd rejiminin Suriyada müxalifətin nəzarətindəki İdlibə qanlı əməliyyatın başlandığına toxunaraq yazıb ki, insani bir fəlakət yaxınlaşır.

Nazir BMT-nin 21-ci əsrdəki ən böyük can itkisinin baş verəcəyi, minlərlə insanın gedəcək heç bir yərinin qalmayacağına dair xəbərdarlığına diqqət çəkib.

Çavuşoğlu məqaləsində Əsəd rejiminin İdlibə istiqamətli hücumundakı müttəfiqlərinin ABŞ tərəfindən dəstəkləndiyini, yeni hesabatların terror təşkilatı YPG/PKK-nın Vaşinqton rəhbərliyi tərəfindən silah və pul yardımı aldığını ortaya qoyduğunu bildirib. YPG/PKK-nın İdlibi mülayim müxalifətdən geri almaq üçün Əsəd rejiminə yardım etdiyini və əsgər göndərdiyini vurğulayıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu ittifaqın əlaqələrinin gedərək daha da gücləndiyini, YPG/PKK-nın başçılığındakı Suriya Demokratik Qüvvələrin Əsəd rejimilə rəsmi görüşlər keçirdiyini, yeni Suriyada özlərinə yer tapmağa cəhd göstərdiyinə diqqət çəkib.

Nazir ayrıca terror təşkilatı YPG-nin terror təşkilatı PKK-nın Suriyadakı qolu olduğunu dilə gətirib. Türkiyə, ABŞ və Avropa İttifaqının PKK-nı terror təşkilatı olaraq tanıdığını da qeyd edib.



Әlaqәli Xәbәrlәr