Hulusi Akar: "İdlibdə atəşkəsin davam etməsini istəyirik"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İdlibdəki proseslərə dair: "Atəşkəs rejiminin mütləq davam etməsini, davam etdirilməsini istəyirik" dedi.

1046936
Hulusi Akar: "İdlibdə atəşkəsin davam etməsini istəyirik"

 Türkiyənin paytaxtı Ankarada Əfqanıstanın Ankara səfiri Əbdül Rəhim Səid Canın ev sahibliyi ilə Əfqanıstanın müstəqilliyinin 99-cu ildönümü münasibətilə ziyafət təşkil edildi.

Ziyafətdə digər dövlər rəsmiləri ilə yanaşı Milli Müdafiə naziri Hulusi Akar da iştirak etdi.

  Akar buradakı çıxışında İdlibdəki proseslərə də toxundu.

Müdafiə naziri Astana danışıqları çərçivəsində müəyyən olunmuş  atəşkəs rejimi barəsində: "Bu atəşkəs rejiminin mütləq davam etməsini, davam etdirilməsini istəyirik" deyə danışdı.

  Atəşkəs rejiminin olmaması vəziyyətində bölgəyə ediləcək hücum halında xüsusilə, mülki vətəndaşların, uşaqların və yaşlıların çox əziyyət çəkəcəyinin bariz olduğunu vurğulayan Akar: "Qurudan, havadan aparılan bütün hücumların təcili şəkildə dayandırılaraq bölgədə atəşkəsin və sabitliyin təmin olunması ən mühüm təşəbbüsümüzdür" ifadəsini işlətdi.

 Müdafiə naziri kimyəvi silahlar daxil olmaqla, hər növ silahlarla günahsız insanların öldürülməsinə qarşı olduqlarını  qeyd edərək:" Əl-Qaidə kimi terror təşkilatları daxil olmaqla, FETÖ, PKK/PYD/YPG, PJAK, DEAŞ-a qarşı mübarizəmiz fasiləsiz və ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəkdir" dedi.

Hulusi Akar Türkiyə ilə Əfqanıstan arasında 100 ildən çox davam edən, dərin köklərə malik əlaqələrdən danışdı.

 Müdafiə naziri: "Fəxrlə qeyd edərək bildirmək istəyirəm ki,  NATO və digər koalisiya qüvvələri Əfqanıstandan çəkildikdən sonra belə bizim Əfqan qardaşlarımızla əməkdaşlığımız və Əfqanıstandakı mövcudluğumuz davam edəcəkdir" dedi.



Әlaqәli Xәbәrlәr