Liderlәr üçtәrәfli zirvә görüşündәn sonra birgә mәtbuat konfransı keçiriblәr

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şәhәrindәki dinc әhalinin qorunması  vә mövcud statusun mühafizәsinin böyük әhәmiyyәt daşıdığını söylәyib.

1045440
Liderlәr üçtәrәfli zirvә görüşündәn sonra birgә  mәtbuat konfransı keçiriblәr

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şәhәrindәki dinc әhalinin qorunması  vә mövcud statusun mühafizәsinin böyük әhәmiyyәt daşıdığını söylәyib.

Rәcәb Tayyib Әrdoğan, Hәsәn Ruhani vә Vladimir Putin  İranın paytaxtı Tehranda keçirilәn üçtәrәfli zirvә görüşündәn sonra birgә mәtbuat konfransında çıxış keçiriblәr.

Mәtbuat konfransında çıxış edәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan: ‘‘Bu gün burda olmağımızın sәbәbi  yaşanan insani drama son vermәyin yollarını aramaqdır’’ deyә vurğulayıb.

‘‘Biz başqaları kimi arxamıza söykәnib yanğını seyr etmәk әvәzinә  onu söndürmәyin yollarını axtarırıq. Bölgәdәki dinc sakinlәrin qorunması vә İdlibin mövcud statusunun mühafizә  edilmәsi әhәmiyyәt kәsb edir’’ deyә  Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Әrdoğan İdlib xalqının yeni fәlakәtlәrә mәruz qalmasını әsla istәmәdiklәrini vurğulayıb.

İdlibin  Suriyanın kiçik modeli mövqeyindә olduğunu qeyd edәn Әrdoğan: ‘‘Burada atılacaq yanlış addımların mәnfi әks-sәdaları hәr tәrәfdә hiss edilәcәkdir’’ deyib.

‘‘Biz hazırda 3.5 milyon suriyalıya ev sahibliyi edirik. Hal-hazırda İdlibdә 3.5 milyon suriyalı var. Türkiyənin  daha Suriyadan qaçqınlar qəbul etməyə gücü çatmaz’’.

 İran Prezidenti Ruhani isә  "İdlibde mülki vətəndaşların zərər görməməsi üçün tədbirlәr  görməliyik" deyib.

Rusiya prezidenti isә öz növbәsindә: ‘‘Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın tәklifi ilә bütün tәrәflәrә tәrkisilah olmaları ilә әlaqәdar çağırış etdik’’ bildirib.



Әlaqәli Xәbәrlәr