Ərdoğan Qırğızıstandan dost ölkələrə səsləndi

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkiyə-Qırğızıstan Biznes Forumunda iştirak edən R.T.Ərdoğan çıxışında bunları deyib:

1041568
Ərdoğan Qırğızıstandan dost ölkələrə səsləndi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ticarətində dolların hakimiyyətinə son vermək lazım olduğunu söylədi.

  Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkiyə-Qırğızıstan Biznes Forumunda iştirak edən R.T.Ərdoğan çıxışında bunları deyib:  

  “Qırğızıstanla ticarət həcmi 500 milyon dollardan aşağıdır. Bunu ən qısa müddətdə bunu 1 milyard dollara çatdırmalıyıq. Hər iki ölkənin iş adamları yeni əməkdaşlıqların qapılarını açmalıdır…  

  Dünya iqtisadiyyatı yeni bir imtahan qarşısındadır. Beynəlxalq ticarətin dollara asılılığı böyük bir problem halına gəlib. Aramızda yerli milli puldan istifadə vasitəsilə dollar suverenliyinə yavaş-yavaş son qoymalıyıq…

  Son həftələr Türkiyənin məruz qaldığı iqtisadi hücumlar bunun ən böyük nümunəsidir. Manipulyasiyalarla Türkiyənin möhkəm iqtisadiyyatı üzərində şüphə buludları yaradılmağa çalışılır. Məlum kredit dərəcələrini müəyyənləşdirmə təşkilatları var, onların da hər addımı siyasidir. Bunlar akrobatdır. Kəskinliklə, bu akrobatlara inanmayın. Valyuta məzənnəsi təcavüzü ilə hədəf Türkiyə iqtisadiyyatını təslim almaqdır…

  Turizmlə əlaqədar Türkiyəyə bu il 40 milyon turist gəlib. Bu, hər il daha da artır… Müdafiə sənayemizdə isə kafilik 20 faiz idisə, hazırda 65 olub.

  Rusiya ilə apardığımız S-400 hava müdafiə sistemi müqaviləsindən bəri bəzi dairələr narahatlqı keçirir. Biz hərbi ehtiyacımızı aradan qaldırmaq məcburiyyətindəyik, kimdənsə icazə alacaq deyilik”.

  R.T.Ərdoğan dost ölkələrə Fətullahçı terror təşkilatıyla (FETÖ) da bağlı mesaj verərək deyib: "İkitərəfli əməkdaşlığımızı zəhərləyən FETÖ ilanının başını əzmək və bu təhdidi aradan qaldırmalıyıq. Onun üzvlərinin heç bir dost ölkədə qollarını yelləyərək gəzmələrini istəmirik".



Әlaqәli Xәbәrlәr