Əminə Ərdoğan Bişkek Qırğız-Türkiyə Dostluq Xəstəxanasına baş çəkdi
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın 2013-cü il baş nazir olduğu dövrdə Qırğızıstana gerçəkləşdirdiyi rəsmi səfər zamanı planlaşdırılmış xəstəxana yaxınlarda istifadəyə veriləcək.
1041452
Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan Bişkek Qırğız-Türkiyə Dostluq Xəstəxanasına baş çəkdi.
Ə.Ərdoğan xəstəxanaya Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun həyat yoldaşı Aygül Ceenbekova, Türkiyə və qırğız nümayəndə heyətlərində olan nazirlərin həyat yoldaşları və Türkiyə Əməkdaşlıq Koordinasiya Agentliyi – TİKA-nın müşayətilə gedib. Onlar Bişkek Qırğız-Türkiyə Dostluq Xəstəxanasında təchizat məsələlərilə maraqlanıb, diaqnostika və müalicə xidmətlərinin müxtəlif sahələrilə tanış olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın 2013-cü il baş nazir olduğu dövrdə Qırğızıstana gerçəkləşdirdiyi rəsmi səfər zamanı planlaşdırılmış xəstəxana yaxınlarda istifadəyə veriləcək.