Hulusi Akar Türkiyə ordusunu təbrik etdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terror təşkilatları ilə mübarizənin ən son terrorçunu yox edənə qədər ölkə içi və xaricində fasiləsiz davam edəcəyini bildirdi.

1039607
Hulusi Akar Türkiyə ordusunu təbrik etdi

   30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik mesajı paylaşan H.Akar deyib: “26 avqust 1071-ci ildə Malazgird Meydan Müharibəsində qazandığı qələbəylə Anadolunu vətən edən türk xalqı, yenə bir avqustun 26-də başladığı və 30 avqustda (1922) başa vurduğu zəfərlə Anadolunun həmişəlik bir türk yurdu olaraq qalacağını bütün dünyaya çatdırdı. Türkiyə ordusu bu gün də vətənini qorumaq əzmini qətiyyətlə davam etdirir. Fətulahçı terror təşkilatı (FETÖ), separatçıları, PKK/KCK/PYD-YPG və DAEŞ-lə mübarizə ən son terrorçu yox edilənə qədər ölkə içi və xaricində fasiləsiz sürəcək”.



Әlaqәli Xәbәrlәr