Türkiyə Tərksilah üzrə Konfransın dönəm sədri oldu

Sentyabrın 14-dək davam edəcək Tərksilah üzrə Konfransın 2018-ci ilin fəaliyyətləri çərçivəsində altıncı və son dönəm sədri olan Türkiyə Konfransın illik hesabatının hazırlanmasına və təsdiq olunmasına görə məsuliyyət daşıyacaq.

1035649
Türkiyə Tərksilah üzrə Konfransın dönəm sədri oldu

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində davam edən Tərksilah üzrə Konfransın dönəm sədri oldu.
 
 Sentyabrın 14-dək davam edəcək Tərksilah üzrə Konfransın 2018-ci ilin fəaliyyətləri çərçivəsində altıncı və son dönəm sədri olan Türkiyə Konfransın illik hesabatının hazırlanmasına və təsdiq olunmasına görə məsuliyyət daşıyacaq.
 
Tərksilah üzrə Konfransı gərgin gündəm gözləyir.
 
 İlin əvvəlində yaradılan beş alt işçi qrupu və üzv ölkələr intensiv səylər sərf etmişdi.
 
 Sözügedən işçi qrupları toplantılarını 24 avqusta qədər bitirməli və Konfransa hesabat təqdim etməlidirlər.
 
Tərksilah və silahlara nəzarət işlərinin aparılması məqsədilə BMT Baş Assambleyasının Tərksilah üzrə Birinci Xüsusi Sessiyasının qərarı ilə yeganə çoxtərəfli tərksilah müzakirə forumu olaraq 1978-ci ildə yaradılan Tərksilah üzrə Konfransın 65 üzvü vardır.
 
Nüvə silahı olan bütün ölkələr Konfransın üzvüdürlər.
 
 Türkiyə  ən son 2008-ci ildə Konfransın dönəm sədri olub. 
 
 Konfransın ildə 24 həftə davam edən iclaslarında tərksilah məsələləri müzakirə olunur.
 
 Əlifba sırası prinsipi ilə hər üzv ölkə sessiyaların 4 həftəsinə sədrlik edir.
 
 Tərksilah üzrə Konfransda Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi (1968), Bioloji (1972) və Kimyəvi (1993) Silahlar Müqavilələri və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi (1996) kimi tərksilah və silahlara nəzarət sahəsinə aid sənədlər qəbul eilib.



Әlaqәli Xәbәrlәr