“Türkiyə iqtisadiyyatının təməli sağlamdır”

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ məhsullarını boykot etmə qərarını dəyərləndirib.

1032892
“Türkiyə iqtisadiyyatının təməli sağlamdır”

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ məhsullarını boykot etmə qərarını dəyərləndirib.

İbrahim Kalın təşkil etdiyi mətbuat konfransında deyib ki, Türkiyə iqtisadiyyatının təməli sağlamdır, məmnuniyyətlə görürük ki, müsbət yola züz tutmuşuq. Türkiyə bir iqtisadiyyat müharibəsindən tərəf deyildir, lakin bir hücum olduğu zaman reaksiya vərməməsi düşünülə bilməz. Əlaqədar bütün qurumların bundan sonra da görəcəyi tədbirlərlə Türkiyə iqtisadiyyatındakı bu normallaşma prosesi daha da güçlənəcəktir.  Problemlərni ən yaxın zamanda həllini gözləyirik. Bunun üçün ABŞ idarəsinin Türkiyədəki məhkəmə proseslərinə hörmətlə yanaşması  lazımdır.

“Onlar bir rahib üçün bu əlaqələri eynilə dağılma, Türkiyə kimi bir ölkəni itirmə nöqtəsinə gətirdilər. Türkiyənin qanuni və təcili iki əsas milli təhlükəsizlik məsələsində (PKK və FETÖ) Amerika rəhbərlikləri, nə Obama nə Tramp idarəsinin indiyədək konkret addım atdığını görmədik”-deyə İbrahim Kalın vurğulayıb.

Digər tərəfdən İbrahim kalın prezident Rəcəb Tayyib Ərdoğanın bugün Almaniya kansleri Angela Merkel, sabah da Fransa prezidenti Makron ilə telefonla görüşəcəyini söyləyib.

Astana danışıqlarına da toxunan Kalın “Üçüncü yığıncağın sentyabrın ilk həftəsində Tehranda keçirilməsi planlaşdırılır” deyib.

Kalın mətbuat konfransında Münbiç və ətrafından terror təşkilatı PYD/YPG ünsürlərinin çıxmağa başladığını da qeyd edərək bildirib ki, PYD/YPG ünsürlərinin tamamilə Fəratın şərqinə çəkilməsi gözlənilir.

Bu arada terror təşkilatlatına iştirakın 2018-ci ildə 61 nəfərlə məhdud olduğunu deyən Kalın bunun 30 ilin ən aşağı rəqəmi olduğunu bildirdi.  



Әlaqәli Xәbәrlәr