Ölkə miqyasında antiterror əməliyyatı davam edir

Ölkə miqyasında terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar davam edir.

1032928
Ölkə miqyasında antiterror əməliyyatı davam edir

Ölkə miqyasında terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar davam edir.

Təhlükəsizlik qüvvələri Tunceli vilayəti ərazilərində həyata keçirdikləri əməliyyatda 3 terrorçu zərərsizləşdirilib.

Pülümür bölgəsindəki əməliyyatda da terror təşkilatına önəmli zərbə vurulub.

Digər tərəfdən Daxili İşlər Nazirliyi tərəfindən Tuncelidə dünən keçirilən daxili təhlükəsizliklə əlaqəli əməliyyatda zərərsizləşdirilən 2 terrorçunun “Axtarılanlar siyahısı”nda yer aldığı bildirilib.

Açıqlamada məhv edilən terror təşkilatı PKK-nın dırnaqarası Dersim Sahə ÖSB/YPS-dən məsul şəxsi “Rezzan Mardin” kod adlı Ömər Duran və dırnaqarası Qərb Cəhbə YJA STAR məsulu “Jindar” kod adlı Pınar Yıldırımın “narıncı kateqoriyada” yer aldığı bildirilib.  

Digər tərəfdən Van vilayətinin Başkale rayonu ərazilərində 1 terrorçu zərərsizləşdirilib, 1 terrorçu isə sağ ələ keçirilib.

Əməliyyat nəticəsində xeyli miqdarda silah-sursat da tapılıb.



Әlaqәli Xәbәrlәr