Türkiyədə terrorla mübarizə davam edir

Türkiyənin Şanlıurfa bölgəsində sərhəddən keçməyə çalışan iki terrorçu yaxalandı.

1031815
Türkiyədə terrorla mübarizə davam edir

Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyanın Rasulyan bölgəsindən iki nəfərin Şanlıurfa sərhədindən keçməyə çalışdığını müəyyən etdi.

Bölgəyə göndərilən dəstə separatçı terror təşkilatı PKK/PYD üzvü olduqları aşkarlanan 2 terrorçunu yaxalayaraq həbs etdi.

Terrorçular sərhəd məntəqəsindən ədliyyə orqanlarına aparıldılar.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Tuncelidə 5 və Qarsda 2 PKK terrorçusu  zərərsizləşdirilib.

 



Әlaqәli Xәbәrlәr