Sergey Lavrov: "Birtərəfli iqtisadi sanksiyalar qeyri-qanunidir"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının birtərəfli sanksiyalarının qeyri-qanuni olduğunu bildirərək, bir sıra ölkənin dollardan imtina etməyə başlayacağını söylədi.

1032193
Sergey Lavrov: "Birtərəfli iqtisadi sanksiyalar qeyri-qanunidir"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ankarada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə 10-cu Səfirlər Konfransı çərçivəsində görüşdü.

Çavuşoğlu və Lavrov görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında sualları cavablandırdılar.

Lavrov Amerika Birləşmiş Ştatlarının Türkiyəyə sanksiyaları ilə əlaqədar verilən suala: "Birtərəfli iqtisadi sanksiyalar qeyri-qanunidir. Bir sıra ölkə dollardan imtina etməyə başlayacaq" dedi.

Rusiyaya qarşı sanksiyalardan da bəhs edən Lavrov: "Bəzi qərbli tərəfmüqabillər dipolmatiya mədəniyyətini itiriblər" deyərək Türkiyənin Rusiyaya qarşı tətbiq olunan sanksiyalara daxil olmamasına dəyər verdiklərini qeyd etdi.

Lavrov əlaqələrdə sağlam düşüncənin qalib gələcəyinə və ölkələrin siyasi qərəzlərdən təmizlənmiş dialoqa geri dönəcəyinə ümid etdiklərini vurğuladı.

Rusiyanın Xarici İşlər naziri Əsəd rejiminin Suriyanın İdlib şəhərində mülki vətəndaşlara hücumları ilə bağlı verilən suala Türkiyə və Rusiyanın İdlibdəki deeskalasiya bölgəsi ilə bağlı razılaşmaların həyata keçməsi üçün dialoqu davam etdirdiklərini bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr