Karlovun sui-qəsdilə bağlı növbəti şübhəli həbs olundu

Prokurorun etirazı və Sülh Cəza Məhkəməsinin qərarı ilə yenidən nəzarətə alınan şübhəli yenidən həbs olunub.

1031410
Karlovun sui-qəsdilə bağlı növbəti şübhəli həbs olundu

  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdilə bağlı istintaq işi çərçivəsində cinayətkar Mövlud Mert Altıntaşın Fetullahçı Terror Təşkilatı (FETÖ) içindəki "abi”si" olduğu bildirilən Şahin Söyütün xanımı həbs olundu.

  Şübhəli Ayşe Söyüt istintaqdan sonra respublika prokuroruna ifadə verib. Prokuror müavininin həbs tələbilə Sülh Cəza Məhkəməsinə sövq edilən A.Söyüt buradakı sorğudan sonra nəzarət altında olmaqla sərbəst buraxılıb. Prokurorun etirazı və Sülh Cəza Məhkəməsinin qərarı ilə yenidən nəzarətə alınan şübhəli yenidən həbs olunub.

  Ayşe Söyütün FETÖ ilə bağlı şirkətlərdə çalışdığı və təşkilatın kommunikasiya işlərində “ByLock”dan istifadə etdiyi bildirilib.

  Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada 19 dekabr 2016-cı ildə iştirak etdiyi sərgidə Mövlud Mert Altıntaş tərəfindən silahlı hücumu nəticəsində həyatını itirmiş, Altıntaş da polis tərəfindən vurularaq öldürülmüşdü. Cinayətlə bağlı istintaq çərçivəsində sərginin təşkilatçısı, bir neçə polis və Altıntaş-ın "FETÖ abisi" - keçmiş İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) əməkdaşı Şahin Söyütün də arasında olduğu 9 nəfər həbs olunmuşdu. Şahin Söyütün A.Karlovun öldürülməsilə bağlı təşkilat tapşırığını M.Altıntaşa çatdırdığı qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr