Ərdoğan “Fələstinli cəsur qız” Ahed Et-Təmimi ilə telefonla danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin azadlığa buraxdığı “Fələstinli cəsur qız” Ahed Et-Təmimi ilə telefonla danışdı.

1021843
Ərdoğan “Fələstinli cəsur qız” Ahed Et-Təmimi ilə telefonla danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin azadlığa buraxdığı “Fələstinli cəsur qız” Ahed Et-Təmimi ilə telefonla danışdı.

Prezident aparatının məlumatına görə, Ərdoğan telefon danışığında “Hanzala cəsarət mükafatı” laureatı Təmimini cəsarətinə və mübarizə əzminə görə təbrik edib.  

Dövlət başçısı Təmiminin sərbəst buraxılmasının sevindirici hal olduğunu dilə gətirib.

Telefon danışığında Ərdoğanın Təmimi ailəsinə Türkiyə olaraq fələstinlilərin haqlı mübarizələrini dəstəkləməkdə davam edəcəklərini söylədiyi bildirilib.

Qeyd edək ki, İordan çayının qərb sahilindəki Ramallah şəhərinə bağlı Nəbi Salih məntəqəsində ailəsilə yaşadığı evə İsrail əsgərlərinin hücumu nəticəsində saxlanılan və evinin həyətinə zorla girən əsgərlərə sillə vurduğu videosu yayımlanan 17 yaşındakı Ahed 17 dekabr 2017-ci il tarixində nəzarətə götürülmüşdü.

İsrail məhkəməsi mart ayında Təmimiyə “İsrail əsgərinin vəzifəsini yerinə yetirməsinə mane olmaq və əsgərə hücum etmək” ittihamı ilə 8 ay iş kəsdi.

Anası Nəriman da qızı ilə əlaqəli məlumat almaq üçün getdiyi Ramallahın şərqindəki nəzarət mərkəzində İsrail əsgərləri tərəfindən saxlanılmışdı.

Ahed Et-Təmimi və anası dünən azadlığa buraxıldılar.

“Fələstinli cəsur qız” olaraq da tanınmış Ahed 2012-ci il tarixində qardaşı saxlanıldığı zaman göstərdiyi rəftara görə İstanbulda “Hanzala cəsarət mükafatı”na layiq görülmüşdü.



Әlaqәli Xәbәrlәr