Milli Tәhlükәsizlik Şurasının yığıncağı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәcәk

Yeni idarәçilik sisteminin ilk Milli Tәhlükәsizlik Şurasının yığıncağı bu gün Türkiyә vaxtı ilә saat 15.00-da Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәcәk.

1022332

Yığıncaqda vitse-prezident Fuad Oqtay, Әdliyyә, Milli Müdafiә, Daxili İşlәr vә Xarici İşlәr nazirlәri, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi vә ordu komandanları da iştirak edәcәk.

Mәlumata görә, yığıncağın әssas gündәmini terrorla mübarizә vә xarici siyasәt tәşkil edir.

Yeni terrorla mübarizə qanununun tətbiqinə dair başlıqlar vә regional mövzular müzakirә olunacaq.

Yığıncaqda hәmçinin Suriyanın Münbiç şəhərində Amerika Birləşmiş Ştatları ilə  hәyata keçirilәn nәzarәt fәaliyyәtlәri qiymәtlәndirilәcәk.

Milli Tәhlükәsizlik Şurasının üzvlәri lazım gәlәndә Prezidentin çağırışı ilә dә bir araya gәlә bilәcәk.

Yığıncağın gündәmi Prezident tәrәfindәn müәyyәn edilәcәk.

Әlaqәli Xәbәrlәr