'Heç kim Türkiyəyə diktə edə bilməz', M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu heç kimin Türkiyəyə diktə edə bilməyəcəyini bildirdi.

1020292
'Heç kim Türkiyəyə diktə edə bilməz', M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu heç kimin Türkiyəyə diktə edə bilməyəcəyini bildirdi.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın və vitse- prezident Mayk Pensin ötən gün ev həbsinə alınan FETÖ şübhəlisi Endryu Bransonun azadlığa buraxılmaması halında Türkiyəyə sanksiya tətbiqi ilə hədələməsinə "Twitter"  vasitəsilə cavab verdi.
Çavuşoğlu: 'Heç kim Türkiyəyə nə edəcəyini diktə edə bilməz. Hüquqi qaydalar hamı üçün eynidir' dedi.
ABŞ prezidenti Donald Tramp "Twitter"dən verdiyi açıqlamada:"Rahib Branson azadlığa buraxılmasa, ABŞ sanksiya tətbiq edəcək" deyə bildirmişdi.
Trampdan əvvəl Pens də eyni şəkildə hədələyici ifadәlər işlətmişdi.
Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında deyilir: " Türkiyəyə heç kim əmr verə və hədələyə bilməz".



Әlaqәli Xәbәrlәr