FETÖ başda olmaqla, PKK, KCK, PYD, YPG və DEAŞ-a qarşı mübarizəmiz fasiləsiz olaraq davam edəcəkdir

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar vəzifəsinin icrasına başlaması münasibətilə etdiyi müraciətində bildirdi.

1017938
FETÖ başda olmaqla, PKK, KCK, PYD, YPG və DEAŞ-a qarşı mübarizəmiz fasiləsiz olaraq davam edəcəkdir

Türkiyə Milli Müdafiə Nazirliyinin internet saytından verilən məlumata görə, Milli Müdafiə naziri Hulusi Akar vəzifəsinə başlaması münasibətilə müraciət yayıb.
 Akar "Dəyərli silah və iş yoldaşlarım" ifadələri ilə başladığı müraciətində 10 iyulda prezidentlik sisteminin ilk Milli Müdafiə naziri vəzifəsinə başladığını xatırladıb.
 Tarixi bir dövrdə üzərinə götürdüyü bu vəzifəni icra etmənin şərəf və həyəcanını yaşadığını ifadə edən Akar bunları qeyd edib: "Dövlətin bütün qurum və təşkilatları ilə  birlikdə Türkiyə Silahlı Qüvvələrinə də sızaraq ölkəmizə, millətimizə və demokratiyamıza qəsd edən FETÖ başda olmaqla, PKK/KCK/PYD-YPG və DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizəmiz bu günə qədər olduğu kimi bundan sonra da fasiləsiz davam edəcəkdir. Qurum və təşkilatlarımız FETÖ-nün xain üzvlərindən təmizləndikcə gücümüzün hər  gün daha da artdığı görülür, görüləcəkdir.
 Milli Müdafiə Strategiyası fonunda terrorla mübarizə başda olmaqla, hər növ risk, təhdid və təhlükəyə qarşı ölkəmizin bütövlük və təhlükəsizliyini, millətimizin suverenlik və müstəqilliyini təmin etməyə yönəlmiş bütün vəzifələrin icrasında qanunlara əsaslanan hər növ imkan və səlahiyyətdən cəsarətlə yerində və vaxtında istifadə ediləcəkdir.
 Bu duyğu və düşüncələrlə Respublikamızın qurucusu Qazi Mustafa Kamal Atatürk və silah yoldaşlarını, vətən torpaqları üçün canlarını fəda edən əziz şəhidlərimizi, əbədiyyətə qovuşan qəhrəman qazilərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qazilərimizin, şəhidlərimizin dəyərli ailə üzvlərinə hörmət və minnətdarlığımı bildirirəm. Nazirliyimizin və Silahlı Qüvvələrimizin hər bir pilləsində fədakarlıq və cəsarətlə xidmət edən silah və iş yoldaşlarıma, bugünkü yüksək səviyyəyə çatmağımızda əməyi olanlara ailələri ilə birlikdə cansağlığı və müvəffəqiyyət arzulayıram".



Әlaqәli Xәbәrlәr