"F-35 qırıcı  təyyarələrin  təhvilinə dair problem yoxdur"

ABŞ-dan satın alınan F-35 qırıcı təyyarələrin Türkiyəyə təhvilinə dair heç bir problem yoxdur. Bunu Ədalət və inkişaf partiyasının sədri prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

1018500
"F-35 qırıcı  təyyarələrin  təhvilinə dair problem yoxdur"

Prezident Rəcəb Tayyıb Ərdoğan, partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında etdiyi çıxışında, ABŞ-nın, F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməsini dayandıran qanun layihəsinə toxunaraq : “F-35 təyyarələrinin Türkiyəyə təhvil veriləcəyinə dair problem ilə qarşılaşmayacayıq. ABŞ prezidenti cənab Tramp ilə Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO sammiti çərçivəsində keçirdiyimiz görüşdə, mövzu ilə əlaqəli təqdim etdiyi yazılı bəyanatında heç bir problem olmadığını müşahidə etdik.

Qeyd edək ki, Senat və Nümayəndələr Məclisi arasında, 716 milyard dollar olan 2019-cu ilə dair müdafiə xərcləri qanun layihəsi mövzusunda razılıq əldə edilmiş və bu səbəbdən F-35 qırıcıların Türkiyəyə təhvil verilməsinin müvəqqət olaraq dayandırılacağı irəli sürülmüşdü.



Әlaqәli Xәbәrlәr