İsrailin qərarına 8 dildə reaksiya göstərildi

Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universiteti (CU) İsrailin “Yəhudi Milli Dövləti”  qanununa türkcə, ingiliscə, ərəbcə, almanca, rusca, Fransızca, İbranicə və çincə olaraq 8 dildə yayımladığı açıqlama ilə reaksiya göstərdi.

1017823
İsrailin qərarına 8 dildə reaksiya göstərildi

Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universiteti (CU) İsrailin “Yəhudi Milli Dövləti”  qanununa türkcə, ingiliscə, ərəbcə, almanca, rusca, Fransızca, İbranicə və çincə olaraq 8 dildə yayımladığı açıqlama ilə reaksiya göstərdi.

Universitetin yayımladığı bəyanatda İsrail parlamentində qəbul olunan “Yəhudi Milli Dövləti” qanununun qlobal hüquq əsasları ilə və BMT-nin qanuni və əxlaqi sistemilə üst-üstə düşmədiyi vurğulandı.

Bu qanunla İsrail vətəndaşı fələstinlilərin hüquqlarının tapdalandığına işarə edilən açıqlamada bildirilib ki, ərəbcə rəsmi dil statusundan çıxarılır, İsrailin işğal altında saxladığı Qüds şəhəri paytaxt edilən edilir, 1948-ci ildə yərlərindən edilən fələstinlilərə geri qayıtma haqqı verilmədikdə dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərə geri qayıtma haqqı verilir və BMT qərarları ilə hüquqa zidd olan yaşayış məntəqələri təşviq edilir.

Digər tərəfdən qanunda öz taleyini istiqamətləndirmə hüququnun sadəcə yəhudilər üçün bir haq kimi təsvir edilməsinin isə sadəcə fələstinlilər üçün deyil, razılaşma və həll prosesinə, bir arada yaşama inancına sahib yəhudi vətəndaşlar üçün də qəbul edilə biləcək xüsusiyyətdə olmadığı açıqlamada vurğulanıb: “Elm adamları olaraq İsrail parlamenti tərəfindən qəbul edilən, əməli olaraq Fələstində davam etdirilən aşğala və hüquqa zidd qərarlara qanuni zəmin hazırlanmasını və iki dövlətli həll planlarının aradan qaldırılmasını məqsəd götürən bu qanunu qınayırıq. İsraili insan haqlarına, beynəlxalq hüquqa və BMT əsaslarına hörmət göstərməyə dəvət edirik”.



Әlaqәli Xәbәrlәr