"Çevriliş cәhdinin ikinci ilində Türkiyә daha güclüdür", İ.Kalın

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalının "Daily Sabah" qəzetində çıxan (14.07.2018) məqaləsi.

1012718
"Çevriliş cәhdinin ikinci ilində Türkiyә daha güclüdür", İ.Kalın

Fәtullahçı Terror Tәşkilatı FETÖ-nün 2016-cı ilin 15 iyul tarixindә hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdindәn iki il ötür. Bu gün Türkiyә yeni hökumәt sistemi ilә daha güclü mövqedәdir.  

Bu xain çevriliş cәhdi nәticәsindә 250 nәfәr şәhid oldu, 2000 mindәn çox adam yaralandı.

Bir neçə saat ərzində  Prezident İqamәtgahı, Parlament Binası,  Polis vә Milli Kəşfiyyat İdarәlәri kimi  Türkiyənin strateji əhəmiyyətә malik qurumları xainlәrin  hücumuna mәruz qaldı.

  Demokratiya düşmənlərinə qarşı əldə etdiyimiz qələbəmizdәn sonra belə bir faciənin bir daha yaşanmamasını  təmin etmək çətin olsa da, həyati bir vəzifə idi. Geridə qoyduğumuz son iki il әrzindә Türkiyә çox çәtin sınaqlardan keçdi.

  O zülmәt gecәdә  milyonlarla vәtәndaş öz həyatını riskə ataraq tarix yazdı. Fərqli siyasi düşüncә vә baxışlara mәnsub vәtәndaşlar birlikdə mübarizə apararaq xain çevriliş cәhdinin qarşısını aldı.

  Türkiyə 15 İyul xain dövlət çevrilişi cəhdinin şokundan özünə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi, Türkiyə xalqının demokratiyaya olan bağlılığı və ölkә qurumlarının gücü sayəsində gәldi.

  Uğursuz çevriliş cәhdindәn qısa müddət sonra baş verənləri bütün ayrıntıları ilә ortaya qoymaq  və Türkiyə demokratiyasına yönəlik gələcəkdə keçirilməsi mümkün hücumların qarşısını almaq üçün ölkədə fövqəladə vәziyyәt elan edildi.

 Fövqәladә vәziyyәt rejimi, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın 24 iyunda keçirilәn növbәdәnkәnar seçkilәr әrәfәsindәki çıxışlarında söz verdiyi kimi, bir neçə günə lәğv olunacaq. 

  Әgәr 15 iyul çevriliş cәhdi daha zәif qurumlara vә daha az demokratik mәdәniyyәtә malik bir ölkәdә  baş versәydi, orada iqtisadiyyat mәhv olardı. Bu baxımdan Türkiyә bütün  yaşananlara baxmayaraq, öz gücünü sübut etdi.

  Ölkəmiz  yaşanan dövlət çevrilişi cəhdinə baxmayaraq,  üç terror təşkilatı ilә eyni zamanda mübarizә arapan, PKK-ya ağır zәrbәlәr endirәn və Suriyadakı DAEŞ mövqelərinə qarşı uğurlu әmәliyyat keçirәn yeganə NATO müttəfiqidir.

  2016-cı ilin dekabr ayından etibarәn Türkiyәdә böyük terror aktı törәdilə bilmәyib. Hər nəyə baxmayaraq, Türkiyə iqtisadiyyatı 2017-ci ildə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatına çevrildi və yüz minlərlə adamı işlә tәmin etdi. Yenə eyni dövrdə konstitusiyada edilәn dәyişikliklәrlә bağlı referendum,  prezident və parlament seçkiləri hər hansı problem baş vermədən keçirildi.

  Demokratiyamızı ən ciddi təhdidlərə qarşı qorumaq üçün elan edilәn fövqəladə vәziyyәt rejimi vətəndaşların gündəlik həyatlarına mәnfi tәsir göstәrmәdi. Hətta konstitusiyanın hökumətə fövqəladə vәziyyәt kontekstində verdiyi bir çox səlahiyyət heç vaxt istifadə edilmədi. Bu müddәt әrzindә Türkiyədә kapitala nәzarәt edilmәdi, ölkә daxilinә vә xaricinә edilәn sәfәrlәrә hәr hansı məhdudiyyәt qoyulmadı.

  Parlament seçkilәri vә 2017-ci ildә keçirilәn referendum әrәfәsindә heç bir partiya hәr hansı  məhdudiyyət ilə qarşılaşmadan kampaniya apardı. Nəticədə, Türkiyə xalqı bir araya gəldi və yenidən ayağa qalxıb.

  Heç bir şey bu gerçəyi dəyişdirməyəcək. Bu gün  dürüst və işgüzar türkiyəlinin qəlbini və ağlını ələ almaq üçün gülençilər tərəfindən edilən basqın tamamilə sona çatıb. FETÖ-nün  ölkəmizin dövlət orqanları və qeyri-hökumәt tәşkilatları  üzərindəki mühasirəsi aradan qaldırılıb.

  Eyni zamanda, bu terror qruplaşmasının dünyanın dörd bir tәrәfindә  insanları tәhsil pәrdәsi altında zәhәrlәmә sәylәrinin qarşısını almaq üçün addımlar atdıq. Bu çәrçivәdә Türk Maarif Fonduna ölkəmizin bir ümid işığı olaraq qalmağa davam etməsi üçün xaricdə yeni təhsil müəssisələri yaratmaq tapşırılıb.

  Bundan başqa, xarici hökumətlər də Türkiyənin bu məsələyә nә dәrәcәdə ciddi yanaşdığına və Gülənlə nökərlərinin fəaliyyət göstərdikləri ölkələrin təhlükəsizliyini hansı yollarla risk altına atdığına dair anlayışa malik oldular. Son olaraq qeyd etmәk lazımdır ki, 15 İyul dövlət çevrilişi cəhdinin cinayətkarlarını mәhkәmә qarşısına çıxarmaq üçün səylərimizi qətiyyətlə davam etdiririk.



Әlaqәli Xәbәrlәr