Türkiyә Pakistanda törәdilәn qanlı hücumu qınadı

Türkiyә Pakistanda keçirilәn seçkiqabağı mitinqdə törәdilәn terror aktını qınadı vә Pakistan xalqına başsağlığı verdi.

1012174
Türkiyә Pakistanda törәdilәn qanlı hücumu qınadı

Türkiyә Pakistanda keçirilәn seçkiqabağı mitinqdə törәdilәn terror aktını qınadı vә Pakistan xalqına başsağlığı verdi.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘Pakistanın Bәlucistan әyalәtindә keçirilәn mitinqdә törәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain terror aktını qınayırıq. Hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa, Pakistan  hökumәti ilә xalqına dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.



Әlaqәli Xәbәrlәr