Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıtdı

Brüsseldә sәfәrdә olan Rәcәb Tayyib Әrdoğan yerli vaxtla saat 22.55-dә Türkiyәyә geri qayıtdı.

1011458
Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıtdı

Brüsseldә sәfәrdә olan Rәcәb Tayyib Әrdoğan yerli vaxtla saat 22.55-dә Türkiyәyә geri qayıtdı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı  ‘‘Esenboğa’’ hava limanında vitse-prezident Fuad Oqtay, Prezident Aparatının baş katibi Fahri Kasırqa,Ədliyyə naziri Əbdülhəmid Gül, Әdalәt vә İnkişaf Partiyasının mәtbuat katibi Mahir Ünal, Әdalәt vә İnkişaf partiyasının sәdr müavini Ravza Kavakçı, Әdalәt vә İnkişaf Partiyasının qrup sәdrinin müavini Mehmet Muş, Ankara Valisi Ercan Tapaca, Polis İdarәsinin rәisi Servet Yılmaz vә digәr rәsmi şәxslәr qarşılayıb.

Qeyd edәk ki, Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Milli Müdafiә naziri Hulusi Akar, Әdalәt vә İnkişaf Partiyasının İstanbul üzrә  millәt vәkili Әhmәd Berat Conkar, Milliyәtçi Hәrәkat Partiyasının İstanbul üzrә millәt vәkili Cemal Çetin vә İsmail Faruk Aksu müşayiәt edirdi.



Әlaqәli Xәbәrlәr