Türkiyədə Prezidentin Vəzifəyə Başlama mərasimi keçirildi

Prezident Aparatında keçirilən mərasim iştirakçı sayı və müxtəlifliyi baxımından dünyada ən təntənəli mərasimlər sırasında yer alır.

1009096
Türkiyədə Prezidentin Vəzifəyə Başlama mərasimi keçirildi

  Türkiyənin paytaxtı Ankarada Beştepe Prezident Aparatında (Cumhurbaşkanlığı) Prezidentin Vəzifəyə Başlama mərasimi keçirildi.

  Təxminən altı minə yaxın dəvətli arasında Türkiyənin 81 rayonu rəsmilərilə yanaşı, xarici ölkə başçıları, xarici missiya rəhbərləri və siyasi partiya nümayəndələri də iştirak etdi.

  Prezident Aparatında keçirilən mərasim iştirakçı sayı və müxtəlifliyi baxımından dünyada ən təntənəli mərasimlər sırasında yer alır.

  Rəcəb Tayyib Ərdoğan Beştepe Prezident Aparatına Süvari Birliyinin müşayətilə girdi və mehtər marşları ilə qarşılandı. Bu zaman 101 top atıldı. Hava, quru və dəniz komandanlığına bağlı ordu qərargahlarında da 101 top atəşi həyata keçirildi.

  Prezident Aparatında təxminən 10 min nəfərin iştirak etdiyi mərasimdə müəllim, yanğınsöndürən, muxtar, dükan sahibi, mədən işçisi, həkim kimi cəmiyyətin müxtəlif təbəqələrindən vətəndaşlar da dəvət edilib.

  Tədbirdə dini icmaların ruhani liderləri olub.

  Türkiyənin ilk prezıdentı bütün xalqa xitabən nitq söylədi. 



Әlaqәli Xәbәrlәr