Hulusi Akarla Körtis Skaparotti arasında telefon danışığı oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar  NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş komandanı, ordu generalı Körtis Skaparotti (Curtis Scaparrotti) ilə telefonla danışdı.

1001318

Telefon görüşündə Suriyanın şimalındakı hazırkı vəziyyət, daha əvvəl razılaşdırılan Münbiç yol xəritəsi ilə bağlı müəyyən olunan təhlükəsizlik prinsiplərinin tətbiqi müzakirə olundu.

Akar və Skaparotti NATO ilə əlaqədar bəzi məsələlər barəsində də fikir mübadiləsi apardılar.

Türkiyə və ABŞ arasındakı razılaşmaya görə, ABŞ-ın Münbiç bölgəsinə yerləşdirdiyi və silahla təmin etdiyi separatçı terror təşkilatı PKK/PYD-YPG bölgədən çıxarılacaq, silahları toplanacaq, bölgə yerli xalqa təhvil veriləcək.

Әlaqәli Xәbәrlәr