"Səsvermə fəallığı Türk xalqının demokratiyaya olan güclü bağlılığını göstərdi"

Avropa İttifaqı 24 iyunda keçirilən prezident və 27-ci çağırış parlament seçkilərində iştirakın yüksək fəallıqda olmasının Türk xalqının demokratiyaya olan güclü bağlılığını ortaya qoyduğunu bildirdi.

999718

Avropa İttifaqının (Aİ) xarici işlǝr vǝ tǝhlükǝsizlik siyasǝti üzrǝ ali komissarı Federika Moqherini və Aİ-nın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Johannəs Hahn Türkiyədə 24 iyunda keçirilən seçkilərlə əlaqəli ortaq yazılı açıqlama yaydı.

Moqherini və Hahn ortaq açıqlamada bildirib ki, prezident və parlament seçkilərində iştirak yüksək fəallıqda oldu. Bir çox namizəd və partiya seçkilərdə yarışdı. Bu, Türk xalqının demokratik prosesə və sivil haqlara, hüququn üstünlüyünə və təməl azadlıqlara olan güclü bağlılığını göstərir. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçki müşahidə missiyası seçicinin seçmə hüququndan rahat şəkildə istifadə etdiyini bildirdi. Prezident (Dövlət başçısı Ərdoğan) və Məclislə birlikdə ortaq problemləri həll etmək üçün birgə işləməyə davam edəcəyik.

Әlaqәli Xәbәrlәr