BBC London radiosu müsahibədən bu hissəsi kəsərək efirə verdi

Türkiyə Dövlət Aparatı (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın İngiltərənin BBC London radiosunda qonaq olduğu proqramda separatçı terror təşkilatı PKK-nın şüarlarını gündəmə gətirən aparıcıya sərt reaksiya göstərib.

999592
BBC London radiosu müsahibədən bu hissəsi kəsərək efirə verdi

  Türkiyə Dövlət Aparatı (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın İngiltərənin BBC London radiosunda qonaq olduğu proqramda separatçı terror təşkilatı PKK-nın şüarlarını gündəmə gətirən aparıcıya sərt reaksiya göstərib. Amma bu reaksiya İngiltərə mətbuat qurumu tərəfindən senzuraya məruz qalıb.

  İbrahim Kalın Türkiyənin PKK, Fətullahçı terror təşkilatı FETÖ və DAEŞ olmaqla üç terror təşkilatıyla eyni zamanda mübarizə apardığını xatırladaraq deyib: “Terror cinayətlərilə bağlı həbs olunmuş təşkilat mənsublarının "jurnalist” adlandırılması yanlışdır… Siz heç Diyarbəkirə getdinizmi?”

  Suala mənfi cavab aldıqdan sonra İ.Kalın: "Söylədikləriniz həqiqət deyil, bir PKK təbliğatıdır. Bir gün sizi qonaq edək ki, Diyarbəkirə gəlin və regiondakı həqiqətləri PKK terror təşkilatının gözü ilə deyil, öz gözünüzlə görün", - deyib.

  İngiltərənin BBC London radiosu müsahibəni senzura edərək, yəni bu hissəsi kəsərək efirə verib.



Әlaqәli Xәbәrlәr