“PKK/PYD-YPG iyunun 4-dən etibarən Suriyanın Münbiç bölgəsindən çıxacaq”, M. Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK/PYD-YPG-nin iyunun 4-dən etibarən Suriyanın Münbiç bölgəsindən çıxacağını bildirdi.

996798

Mövlud Çavuşoğlu Antalyada iş adamları və ictimau rəy liderlərilə bir araya gəldiyi toplantıda etdiyi çıxışda ABŞ ilə razılıq əldə edilən Münbiç planına toxunaraq deyib ki, qəbul edilən yol planı işləyir. Bir aylıq ön plan fəaliyyətlərindən sonra tətbiq mərhələsinə başlanacaq. Əsasən 4 iyuldan əvvəl, yəni 4 iyun-4 iyul tarixləri arasında hazırlıq fəaliyyətlərinin tamamlanması və terrorçuların iyulun 4-dən etibarən çəkilməsi prosesi fəal şəkildə işləyir.

ABŞ ilə qəbul edilən razılaşmanı diplomatik zəfər kimi qiymətləndirən Çavuşoğlu bildirib ki, sahədə əvvəl addım atarıq, sonra masada bu addımı sonunadək müdafiə edərik. ABŞ-ın F-35 qırıcılarını Türkiyəyə təhvil etməsilə əlaqəli hər hansı narahatlıq yoxdur. Türkiyə çarəsiz və alternativsiz deyil.

Çavuşoğlu ABŞ-ın da Türkiyə kimi bir müttəfiqini itirmək istəməyəcəyini ifadə edib.

Әlaqәli Xәbәrlәr