İki ədəd “F-35” təyyarə sabah Türkiyəyə təhvil veriləcək

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) iki ədəd “F-35” təyyarənin cümə axşamı günü Texas ştatına bağlı Fort Vort şəhərində keçiriləcək mərasimdə Türkiyəyə təhvil veriləcəyini bildirdi.

995578

Pentaqonun sözçüsü Mayk Andrevs 21 iyun cümə axşamı günü Fort Vortda Türkiyə üçün açılış mərasimi təşkil ediləcəyini və təyyarələrin ilk mərhələdə Arizonadakı Luke Hava Qüvvələri bazasına aparılacağını, Türk f-35 pilotları və digər heyətin uçuş təlimləri keçməyə başlayacaqlarını söyləyib.

Müdafiə Nazirliyinin Senatın Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışına qadağa qoyan qərar layihəsinə münasibət bildirməyəcəyini deyən Andrevs deyib ki, Türkiyə NATO-nun ən əhəmiyyətli müttəfiqlərindən və 2002-ci ildən bəridir “F-35” proqramının beynəlxalq iştirakçılarından biridir.

Qeyd edək ki, ABŞ Senatının qəbul etdiyi qərarın qüvvəyə minə bilməsi üçün Nümayəndələr Palatasında təsdiqindən sonra sonra prezident D.Tramp tərəfindən təsdiqlənməsi lazımdır.

Әlaqәli Xәbәrlәr