Son bir həftədə 22 terrorçu zərərsizləşdirildi

Ölkə daxilində son bir həftədə həyata keçirilən əməliyyatlarda 22 terrorçu zərərsizləşdirildi.

994373
Son bir həftədə 22 terrorçu zərərsizləşdirildi

Ölkə daxilində son bir həftədə həyata keçirilən əməliyyatlarda 22 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, 11-18 iyun tarixlərində 2 min 43 əməliyyat həyata keçirildi. Zərərsizləşdirilən terrorçular arasında boz siyahıda olan Ramazan Yasugev, Ərkan Ərol, Vəli Taşkıran ilə Ərkan Kafkar, Ayat Mahmut və Fateh Kırtay adlı dırnaqarası yüksək səviyyədəki idarəçilər də yer alıb.  Terror təşkilatı PKK ilə əlaqədə olan 134, Fətullahçı Terror Təşkilatı Paraləl Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqədə olan 119, DEAŞ ilə əlaqədə olan 61 və ifrat sol meyilli qruplarla əlaqədə olduğu bildirilən 12 nəfər əməliyyatlarda nəzarətə götürülüb. Terror təşkilatının təbliğatını aparan və nifrət ifadələri əhatə edən min 422 sosial şəbəkə hesabı izlənildi, 251 nəfər barəsində istintaq aparıldı.



Әlaqәli Xәbәrlәr