Rəcəb Tayyib Ərdoğan və Emanuel Makron arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

993547
Rəcəb Tayyib Ərdoğan və Emanuel Makron arasında telefon danışığı olub

Türkiyənin Dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, görüşdə ikitərəfli və regional məsələlər әtrafında  fikir mübadiləsi aparılıb.

Suriyadakı son hadisələr, terrorla mübarizə və qaçqın məsələlərinin müzakirə olunduğu görüşdə, regional problemlərin həlli zamanı әmәkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Liderlər, Türkiyə ilə Fransa arasındakı əlaqələrin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Prezident Ərdoğan və Fransa prezidenti Makron iyunun 24-də Türkiyədə keçiriləcək seçkilərdən sonra da iki ölkə arasında six əlaqələrin olduğu səviyyədə qorunub saxlanmasının vacibliyini qeyd ediblәr.



Әlaqәli Xәbәrlәr